ABŞ Dövlət Departamentinin Transqafqaz üzrə danışıqlar üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Lui Bono Vaşinqtonda Azərbaycanın iştirakı ilə üçtərəfli formatda məsləhətləşmələrin davam etdirilməsini təmin etmək üçün Ermənistana gəlib. Bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Luis Bononun səfərinin məqsədi Vaşinqtonda üçtərəfli formatda danışıqların davam etdirilməsini, sonuncu mərhələyə hazırlığını və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını təmin etməkdir. ” deyib. (Tass)