Yaponiyanın Niiqata prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur, Kyodo agentliyi ölkənin Baş Meteorologiya Agentliyinə istinadən xəbər verir. Zəlzələnin mənbəyi suyun 10 kilometr dərinliyində olub.
Yeraltı təkanlar yerli vaxtla saat 17.59-da (Bakı vaxtı ilə 12.59) Niiqata prefekturasına aid olan və yanvarın 1-də güclü zəlzələdən əziyyət çəkən İşikava prefekturasının Noto yarımadasının yaxınlığında yerləşən Sado adası ərazisində qeydə alınıb. (Tass)