Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri yəhudi dövləti ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildiriblər, lakin İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün deyil. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
“Normallaşmaya gəlincə, hesab edirəm ki, bunda açıq maraq var. Bu səfər zamanı getdiyim ölkələrin demək olar ki, hamısı regionda inteqrasiyaya nail olmaq istəyir. Onların bəziləri artıq bu istiqamətdə real addımlar atıblar. Digərləri, məncə, eyni şeyi etməkdə maraqlıdırlar” deyib Blinken.
“Lakin eyni dərəcədə aydındır ki, bu, fələstinlilərin siyasi perspektivlərini və son nəticədə Fələstin dövlətçiliyinin əvəzi deyil, onun bahasına da deyil. Əksinə, bu sülh istənilən inteqrasiya səyinin, istənilən normallaşma səyinin bir hissəsi olmalıdır. Bu, Bu səfər zamanı, o cümlədən Səudiyyə Ərəbistanında aparılan məsləhətləşmələr zamanı da tam aydın oldu”, – ABŞ dövlət katibi əlavə edib. (Tass)