Ukrayna prezidenti Vladimir Zelenski Litvaya gözlənilməz səfər edib. Bu barədə Baltik Respublikasının prezidenti Gitanas Nausedanın saytında dərc edilmiş bəyanatda deyilir.
“Çərşənbə günü prezident Nauseda Litvaya gələn Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Onlar Ukraynadakı [münaqişənin] gedişi, Kiyevə dəstək, ölkənin Aİ və NATO-ya inteqrasiyasını müzakirə edəcəklər”, – məlumatda deyilir. (Tass)