Praqa Ali Məhkəməsi Donbassdakı hadisələrdə iştirakına görə Brno şəhərinin (Cənub-Şərqi Çexiya Respublikası) 52 yaşlı sakini Alois Polaka qarşı birinci instansiya məhkəməsinin əvvəllər qiyabi çıxardığı 21 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qüvvədə saxlayıb. Bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
Agentlik məhkəmə sədri Yan Kadlecdən sitat gətirib: “Məhkumun [Donbassdakı] döyüşlərdə iştirak etməsi faktı şübhə altına alınmır. Onlarda milis snayperi kimi iştirak edib və Cinayət Məcəlləsinin terrorizmlə bağlı maddələri ilə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin ölümündə təqsirli bilinib. Polakın harada olduğu bilinmir. Vəkil iddia edir ki, müdafiə etdiyi şəxs artıq sağlar arasında olmaya bilər.
Çexiya qanunvericiliyi respublika vətəndaşlarına dövlət orqanlarından fərdi icazə almadan xarici ordularda və hərbiləşdirilmiş qüvvələrdə xidmət etməyi qadağan edir. Bu tələb Çexiyada daimi yaşayan əcnəbilərə də aiddir. (Tass)