Belarus ərazisində sabitliyi pozmağa yönəlmiş təxribat-kəşfiyyat qruplarının təlimi Ukrayna ərazisində həyata keçirilir. Bu barədə Respublika Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç danışıb.
“Biz bilirik və qeyd edirik ki, Ukrayna ərazisində təxribat-kəşfiyyat qrupları və qeyri-qanuni silahlı birləşmələr hazırlaşır. Onların məqsədi burada vəziyyətin sabitliyini pozmaqdır. Təbii ki, bütün bunlar bizi müvafiq tədbirlər görməyə vadar edir”, – deyə BelTA agentliyi ondan sitat gətirib.
Volfoviçin sözlərinə görə, Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda geosiyasi vəziyyət “İkinci Dünya Müharibəsindən sonra ən kəskin hərbi-siyasi böhran kimi xarakterizə olunur”.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko demişdi ki, gələn il respublika üçün çətin olacaq, düşmən qüvvələr fevralda keçiriləcək parlament və yerli seçkilər zamanı ölkədə vəziyyəti sarsıtmaq üçün “məşq edəcək”. (Tass)