Çexiya prezidenti Petr Pavel İsrail və Qətərə səfər etməyi planlaşdırır. Bu barədə CTK xəbər agentliyi Praqa qalasına istinadən məlumat yayıb.
Pavel İsrail prezidenti İsaak Hersoq və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar aparacaq. İsrailin baş naziri, Knessetin sədri, ordu rəhbərləri, eləcə də Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülən girovların ailələri ilə görüşlər gözlənilir.
Agentlik Pavelin İsrail və Qətərə səfərinin vaxtı barədə məlumat vermir. (Tass)