Avqust 17, 2025-19:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın qlobal çağırışların lokallaşdırılması istiqamətində uğurlu fəaliyyəti Şərh 

2024:01:12 - 11:10
in SİYASƏT
A A
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) universal sənədinin müəyyənləşdirdiyi əsas istiqamətlərdən biri də – İqlim dəyişikliyinə qarşı mübarizə idi. “Heç kəsi kənarda qoymayaq” prinsipini özündə ehtiva edən “2030 Gündəliyi”-nin qəbul olunması, eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Parisdə keçirilən 21-ci sessiyasına təsadüf etmişdi. Belə ki, məhz həmin sessiya çərçivəsində Azərbaycanın da 2016-cı il aprelin 22-də imzaladığı və həmin ilin oktyabr ayında Milli Məclisdə ratifikasiya olunan Paris İqlim Sazişidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.Onun sözlərinə görə, XX əsrin ortalarından bəri dünya dövlətləri və insanlar dünyanın iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib, qlobal miqyasda dəyişikliklərə səbəb olublar. Bu gün artıq bütün planetdə iqlim dəyişikliyinin təsirləri əhəmiyyətli dərəcədə hiss olunmaqdadır.

“Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti hər zaman ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olub. Son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır. Yaşıl inkişaf gündəliyinə uyğun olaraq ekoloji təhlükəsizliyin təmin edilməsi, eləcə də bu strategiyanın koordinasiyasında milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, iqtisadiyyatın dekarbonizasiyası ölkənin iqtisadi, habelə insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib”, – deyə deputat bildirib.

Görülən işlər çərçivəsində 2010-cu ilin Azərbaycanda “Ekologiya İli” elan olunduğunu diqqətə çatdıran Məzahir Əfəndiyev əlavə edib: “2013-cü ildə ölkəmiz MDB məkanında elan olunan ekoloji il çərçivəsində bir sıra regional və beynəlxalq tədbirlər həyata keçirdi, eləcə də 2021-ci il fevralın 2-də imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıya qoyulmuş hədəflərdən biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olaraq müəyyən edildi”.

Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin ölkəmiz üçün yeni çağırışlar ortaya qoyduğunu deyən deputat bildirib: “Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə törədilən ekoloji terrora baxmayaraq, kütləvi yenidənqurma və məcburi köçkünlərimizin doğma yurdlarına geri qaytarılması işləri Azərbaycan üçün ekoloji təmiz “Ağıllı şəhər” və “Ağıllı kənd” yanaşmasından, alternativ enerji mənbələrindən və yaşıl texnologiyadan istifadə etməklə görülür. Azərbaycan bu gün də qlobal çağırışların lokallaşdırılması istiqamətində aktiv və uğurlu fəaliyyət aparır. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bu, ondan xəbər verir ki, hökumət bu günə qədər görülmüş işlərlə bərabər olaraq, görülməsi nəzərdə tutulan işləri də düzgün müəyyən edir, bundan sonra da Azərbaycan xalqının gələcəyə hədəflənmiş, yüksək rifahını nəzərdə tutan məqamların ətraflı əlaqələndirilməsini həyata keçirəcək. Ölkəmizin beynəlxalq nüfuzunun artması, regionda baş verən geosiyasi proseslərdə əsas aktora çevrilməsi, həmçinin konstitusion olaraq müəyyən edilmiş ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilmiş və məntiqi olaraq bu il Azərbaycan artıq Cənubi Qafqazın təhlükəsizliyi ilə yanaşı, regionun ətraf mühitinin qorunması istiqamətində əlavə öhdəliklərə imza ataraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edir”.

Məzahir Əfəndiyevin sözlərinə görə, müasir müstəqil Azərbaycan dünya əhəmiyyətli forumların, tədbirlərin keçirilməsində artıq kifayət qədər təcrübəyə malikdir: “Lakin yenilənən texnoloji imkanlar, gələcəyə doğru sürətlə dəyişən baxışlar, habelə dördüncü sənaye inqilabının gətirdiyi çağırışlar bu tədbirə daha yaxşı hazırlaşmağımızı diktə edir. Əminəm ki, bu mötəbər tədbiri uğurla, ən yüksək səviyyədə keçirməklə, Azərbaycan XXI əsrin proqressiv dövləti adını qazanacaq. Bu baxımdan, təsadüfi deyil ki, COP29-un ardınca Azərbaycan BMT-nin 2026-cı ildə daha bir mötəbər tədbirinə ev sahibliyi edəcəkdir. Nəzərə alaraq ki, şəhərlər və şəhər inkişafı üçün iqlim problemlərinin həlli bu gün prioritet istiqamət olaraq qalmaqdadır, BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərar dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal arenada gördüyü işlərə verilən düzgün qiymət oldu”.

Azərbaycanın qədəm qoyduğu yeni dövrdə müəyyən etdiyi yeni hədəflərə doğru kökləndiyini vurğulayan deputat sonda deyib: “Beynəlxalq müstəvidə əldə etdiyimiz bütün uğurlar, qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin dünyada sülhün və davamlı inkişafın təmin olunması istiqamətində apardığı siyasətinə olan etimadın bariz göstəricisidir”.

Əvvəlki Yazı

Azərbaycanda ötən il istehlakçılara 154 milyon manat ƏDV məbləği geri qaytarılıb

Növbəti Yazı

Akademik Kamal Talıbzadənin muzeyşünaslıq fəaliyyəti ilə bağlı tədbir təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.