Ermənistan tərəfi Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsinin tikintisini başa çatdırıb. Bu barədə mətbuat konfransında Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan məlumat verib.
“Gömrük və texniki imkanlar, pasport nəzarəti, o cümlədən sərhəd xidməti baxımından sərnişinlərə lazımi şəkildə xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, – deyə o qeyd edib.
Ermənistan hakimiyyəti bundan əvvəl də Türkiyə ilə bağlı sərhədin yaxın gələcəkdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılacağına ümid etdiyini bildirib. (Tass)