Anklavda gərginliyin kəskin artması dövrünün əvvəlindən Qəzza zolağında İsrail qüvvələrinin bombardmanları və atəşi nəticəsində ölənlərin sayı 23,7 mini ötüb.Belə məlumatlar Qəzza Səhiyyə Nazirliyi tərəfindən verilib.
“Ötən ilin oktyabr ayının əvvəlindən İsrailin təcavüzü nəticəsində sektorda 23 708 nəfər həlak olub”, – departamentin verdiyi məlumatda deyilir . Eyni dövrdə Səhiyyə Nazirliyi qeyd edir ki, anklavda 60 mindən çox insan xəsarət alıb.
Nazirlik bildirib ki, son 24 saat ərzində İsrailin Qəzzaya hücumları nəticəsində 151 fələstinli ölüb, 250-yə yaxın fələstinli yaralanıb. (Tass)