London və Kiyev arasında təhlükəsizlik sahəsində yeni əməkdaşlıq sazişi 10 il müddətinə nəzərdə tutulub, Britaniya bu müddət ərzində Ukraynaya dəstək verməyə söz verib. Bu barədə RİA Novosti Britaniya hökumətinin saytında dərc olunmuş sazişin mətninə istinadən yazır .
Cümə günü müvafiq sazişi Kiyevdə Böyük Britaniyanın baş naziri Rişi Sunak və Vladimir Zelenski imzalayıblar.
“Bu müqavilə imzalandığı tarixdən 10 il müddətində qüvvədədir… Böyük Britaniya bu müqavilənin 10 illik müddəti ərzində Ukraynaya dəstəyini davam etdirəcək”, – sənəddə deyilir.
Xüsusilə, yeni saziş hərbi sahədə əməkdaşlığı nəzərdə tutur. London Kiyevə müdafiə idarəçiliyi və siyasəti ilə bağlı uzunmüddətli məsləhət və dəstək verəcək, həmçinin NATO ilə qarşılıqlı fəaliyyət göstərən müasir hərbi qüvvələrin və Ukraynanın müdafiə sektorunun inkişafına kömək edəcək.