Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Ünsiyyət Koordinatoru Con Kirbi Amerikanın MSNBC kanalında Yəmənə qarşı son hücumu dəyərləndirib.
Kirbi İranın Qırmızı dənizdə hücumlarını davam etdirən husilərə dəstək verdiyini hər kəsin bildiyini və Tehranın bu dəstəyi dayandırması lazım olduğunu bildirib.
“Biz gərginliyi artırmaq istəmirik, bölgədə son bir neçə gündə husilərlə baş verənlərdən sonra daha çox gərginliyi artırmaq üçün heç bir səbəb yoxdur. Onlar gərginliyi artırdılar. Biz İranla münaqişə axtarmırıq”, – Kirbi şərh edib. Qırmızı dənizdəki vəziyyəti şərh edən o, nəqliyyatın normal vəziyyətə düşməsini arzuladıqlarını bildiriblər.
ABŞ Prezident Co Bayden dünən verdiyi açıqlamada Amerika və Britaniya ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb. (TRT Haber)