TASS müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Fələstini və Yəmənə dəstək verən bir neçə yüz nümayişçi Nyu-Yorkda BMT-nin mənzil-qərargahı yaxınlığındakı Birinci prospekti müvəqqəti olaraq bağlayıb.
Qəzza zolağında və Yəməndə zərbələrə qarşı etirazçılar qərargaha bitişik olan bütün yolu zəbt ediblər. Əksəriyyəti Fələstin və Yəmən bayraqları daşıyan kütlə ABŞ prezidenti Co Bayden və onun administrasiyasının hərəkətlərini pisləyib. “Bayden, gizlənə bilməzsən, biz səni soyqırımda ittiham edirik” deyə etirazçılar şüar səsləndirirlər. Nümayişçilərin plakatlarında “Əlləri Yəməndən çəkin”, “ABŞ-ın İsrailə bütün yardımlarını dayandırın” yazılıb.
Hadisə yerinə güclü polis qüvvələri cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarının kolonnasını müşayiət edirlər, lakin aksiyanın gedişinə mane olmurlar, vəziyyət sakitdir. (Tass)