Vladimir Putin gələn həftə 2024-cü il seçkilərində Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizəd kimi ilk tədbirini keçirəcək.
Bu barədə “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.
Dövlət başçısının yaxın günlərdə hökumət və Təhlükəsizlik Şurası ilə görüşləri də var. Beynəlxalq əlaqələr də gözlənilir. Prezidentin mətbuat xidməti hələlik onun gələn həftə üçün iş qrafikini rəsmən açıqlamayıb.
Rusiyada prezident seçkiləri mart ayında keçiriləcək, səsvermə üç gün davam edəcək: martın 15-dən 17-dək. Putin seçkilərdə özünün namizədi kimi iştirak edəcək. (Tass)