Üsyançı husilər Ənsar Allah hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam Amerika təyyarələrinin Yəmənin sahilyanı bölgələrində fəaliyyət göstərdiyini açıqlayıb.
O, X (keçmiş Twitter) səhifəsində Yəmənin davam edən təcavüzü və suverenliyinin kobud şəkildə pozulmasının bir hissəsi olaraq Yəmənin hava məkanı və sahil əraziləri yaxınlığında Amerika düşmən təyyarələrinin intensiv uçuşlarını qeyd edib.
Daha əvvəl Sky News Arabia telekanalı Yəmənin Hudeydə əyalətinin şimalında yerləşən Ənsar Allah obyektlərindən birinin hücuma məruz qaldığını bildirib. Husilərə məxsus “Al Masirah” telekanalı zərbənin Amerika və Britaniya döyüş təyyarələri tərəfindən həyata keçirildiyini iddia edib. (Tass)