ABŞ Konqresindəki Demokratlar və Respublikaçılar bəzi dövlət qurumlarının maliyyələşdirilməsini martın 1-dək, digərləri üçün isə martın 8-dək uzadacaq qanun layihəsi üzərində razılığa gəliblər. Bu barədə Senatda Demokratik Çoxluğun lideri Çak Şumerin bazar günü dərc olunmuş bəyanatında deyilir.
Qanunverici qeyd edib ki, o, ABŞ prezidenti Co Baydenin yanvarın 19-dan əvvəl imzalaya bilməsi üçün razılaşdırılmış sənədin yaxın günlərdə Konqresdə qəbul edilməsini gözləyir. Bu, dövlət proqramlarının və idarələrinin, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil təsərrüfatı ilə məşğul olanların maliyyələşdirilməsinin dayandırılmasının qarşısını almalıdır. (Tass)