“Laboon” esminesi şənbə günü Yəməndə husilərin nəzarətində olan ərazidən atılan gəmi əleyhinə ballistik raketi vurub. Bu barədə bazar günü ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“Yanvarın 14-də Səna vaxtı ilə təxminən saat 16:45-də Yəmənin husilərin nəzarətində olan ərazilərindən Qırmızı dənizin cənubunda fəaliyyət göstərən Amerikanın Laboon (DDG 58) esminesinə gəmi əleyhinə qanadlı raket atılıb. Raket əyalətin sahilləri yaxınlığında vurulub. Tələfat və dağıntılar barədə məlumat verilməyib”, – komandanlığın X (əvvəllər “Twitter”) səhifəsində yerləşdirilən bəyanatında deyilir.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. (Tass)