Avqust 18, 2025-18:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Vəkillər Kollegiyasının üzvləri üçün təlim: “Akademik hüquqi yazı”

2024:01:15 - 11:31
in SOSİAL
A A

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) və Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Akademik hüquqi yazı” adlı təlim keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimin əhəmiyyətini qeyd edib, hər bir hüquqşünasın mükəmməl yazı vərdişlərinə sahib olmasının zəruriliyini vurğulayıb.

Vəkillər Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları ARVK-nın sədri Anar Bağırovun adından salamlayıb, hüquqi təlimin işinə uğurlar arzulayıb. Professor vəkillik fəaliyyətində üzləşilən hüquqi problemlərin vəkillər tərəfindən təhlil olunmasının daha praktik olduğunu dilə gətirib, “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalında elmi məqalələrlə çıxış etmək arzusunda olan şəxslərə redaksiya tərəfindən köməklik göstəriləcəyini və belə tədbirlərin davamlı olacağını söyləyib.

Təlimdə iki mövzu üzrə beynəlxalq hüquq, insan hüquqları və informasiya hüququ üzrə ekspertlər – Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Gülnaz Rzayeva, BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, mediator Şahin Məmmədrzalı tərəfindən “Akademik hüquqi yazının növləri və beynəlxalq təcrübə” və “Akademik hüquqi yazının strukturu və quruluşu” adlı məruzələr iştirakçılara təqdim olunub.

Böyük maraqla qarşılanan təlimin rəsmi hissəsinin sonunda iştirakçıların sualları cavablandırılıb, sertifikatlar təqdim edilib.

Təlimdə ARVK-nın 37 üzvü, Vəkillər Kollegiyasının Akademiyasının, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları və tədqiqatçı alimlər iştirak ediblər.

Əvvəlki Yazı

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şabranda keçiriləcək

Növbəti Yazı

Quba ziyalısı: Bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində təşkil olunması ilə tarixə düşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.