Türkiyə hakimiyyəti Antalyada keçirilən oyundan sonra “ictimai olaraq düşmənçilik və nifrət salmaq” ittihamı ilə saxlanılan “Antalyaspor” futbol klubunun israilli yarımmüdafiəçisi Saqiv Yehezkeli ölkədən qovmaq qərarına gəlib. Bu barədə TRT Spor televiziya şirkəti məlumat yayıb.
Yanvarın 14-də keçirilən “Antalyaspor” – “Trabzonspor” matçında qol vurduqdan sonra Yehezkel qolundakı “100 gün. 7.10” yazısı və Davud ulduzunun təsviri olan sarğıya işarə edib. Yazı 7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayan Fələstin-İsrail münaqişəsinin 100-cü günü demək idi. Bundan sonra klubun direktorlar şurası futbolçunu siyahıdan kənarlaşdırıb. “Antalyaspor” qərarını Yehezkelin Türkiyənin “milli dəyərlərinə zidd hərəkət” etməsi ilə izah edib.
Həmin gün Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç israilli futbolçuya qarşı cinayət işinin başlandığını və onun saxlanıldığını açıqlayıb. O, bazar ertəsi həbsdən azad edilib.
TRT Haber televiziyasının məlumatına görə , futbolçu və ailəsi bazar ertəsi Türkiyəni tərk edəcək. Onu götürmək üçün artıq İsraildən şəxsi təyyarə gəlib. (Tass)