Bazar ertəsi İsrailin Qəzza zolağına atəş açması və hava hücumları nəticəsində 20-dən çox adam həlak olub.
Əl-Cəzirə telekanalının məlumatına görə , Xan Yunis şəhərində silsilə partlayışlar nəticəsində altısı uşaq olmaqla azı 16 nəfər həlak olub.
Al Mayadeen telekanalının məlumatına görə , İsrail hərbi hava qüvvələrinin Qəzza şəhərinin şərqindəki Əz-Zeytun yaşayış məntəqəsinə hücumu nəticəsində daha 6 nəfər ölüb, 11 nəfər yaralanıb. (Tass)