Yəmənin husi üsyançıları Ənsar Allah tərəfindən atılan gəmi əleyhinə raket bazar ertəsi Marşal adaları bayraqlı Amerika yük gəmisini vurub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Bundan əlavə, komandanlıq bildirib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin cənubunda gəmiçilik marşrutlarına doğru gəmi əleyhinə raketin buraxılmasını qeydə alıb. Raketin Yəmən ərazisinə düşdüyü, itkilərin olmadığı bildirilir.
Bundan əvvəl Sky News kanalı Britaniyanın dəniz təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış Ambrey şirkətinə istinadən Amerika ticarət gəmisinin raketlə vurulduğunu bildirmişdi. (Tass)