Gəncə şəhərində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda “dəyirmi masa” keçirilir.
“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, dairə və məntəqə seçki komissiyalarının sədrləri və digər şəxslər iştirak edirlər.
“Dəyirmi masa”da, vətəndaşların seçki hüququnun təmini, növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunur, müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolundan danışılır.