Avqust 18, 2025-13:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ANAMA-nın İdarə Heyətinin sədri: Biz minatəmizləmə fəaliyyətini təhlükəsizliyə riayət edərək sürətlə aparmağa çalışırıq

2024:01:16 - 14:06
in SOSİAL
A A

“Statistika onu göstərir ki, baş vermiş mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən içəridə olan ərazilərdə baş verib. Bu onu göstərir ki, mina döşənən ərazilər yalnız keçmiş təmas xətti deyil. Təmas xətti ilə yanaşı başqa ərazilər də minalarla çirklənib. Amma Ermənistan təəssüflər olsun ki, Azərbaycan ərazilərində heç bir məntiqə uyğun olmayan və mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb”.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ANAMA dövlətin və hökumətin müəyyənləşdirdiyi prioritetlərə uyğun şəkildə minatəmizləmə fəaliyyəti aparır: “Bilirsiniz ki, 2020-ci ildən indiyədək işğaldan azad olunmuş ərazilərdə mühüm işlər görülüb, infrastruktur layihələri həyata keçirilib, avtomobil və dəmiryolları salınır, aeroportlar, binalar tikilib. Bu bərpa-quruculuq işlərinin sürəti hamını heyrətləndirir.

Biz minatəmizləmə fəaliyyətini təhlükəsizliyə riayət edərək və qaydaları pozmadan sürətlə aparmağa çalışırıq ki, həyata keçirilən infrastruktur layihələrində ləngimə olmasın.

Bundan başqa, qadınların minatəmizləmə əməliyyatına marağı var. Bir qrup qadın əməkdaşımız minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Hazırda onlar Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə əməliyyatlarına cəlb ediliblər. Başqa istəyənlər də var. Ümumiyyətlə qadınlar arasında minatəmizləmə fəaliyyətinə müraciət edənlərin sayı az deyil”.

Əvvəlki Yazı

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri gənclər və idman naziri ilə səfərdə olublar

Növbəti Yazı

“Dörd əkizin nağılı” yenidən Gənc Tamaşaçıların səhnəsində

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.