Şimali Atlantika Alyansı regional olaraq qalacaq və Asiyaya genişlənmək niyyətində deyil, lakin bu regionda baş verənlərə cavab verməlidir. Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Doğru deyirsiniz ki, NATO transatlantik alyansdır, biz regional ittifaq olaraq qalacağıq. Lakin transatlantik məkan təhdidlərlə üz-üzədir, təhlükəsizlik regional deyil, təhlükəsizlik qlobaldır. Asiyada baş verənlər Avropada və əksinə, önəmlidir” deyib. Başa düşmək lazımdır ki, söhbət NATO-nun Asiyaya keçməsi ilə bağlı deyil, Çinin qapılarımıza yaxınlaşması ilə bağlıdır”. (Tass)