Birləşmiş Ştatlar Administrasiyası hesab edir ki, müasir dünyada böyük dövlətlər əsasən bir-birindən asılıdır. Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Düşünürəm ki, indiki dövr sadə sözlərlə, lakin çox mürəkkəb reallıq ilə səciyyələnir – qarşılıqlı asılılıq dövründə strateji rəqabət. Böyük dövlətlər bir-birindən dərin asılıdır, onlar da rəqabətlidirlər və bu, yaşadığımız dünyanı yaradır”, – o deyib.
“Bu gün biz yeni eranın başlanğıcındayıq. Böyük dövlətlər Soyuq Müharibə dövründəkindən daha çox bir-birindən asılıdırlar, lakin biz qurmaq istədiyimiz dünya modeli ilə bağlı da şiddətli rəqabətdəyik. İndiki dövr köklü dəyişiklik dövrüdür “deyib Sullivan. (Tass)