Avqust 18, 2025-23:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Məzahir Pənahov “Seçki-2024” Müstəqil Media Mərkəzinə baxış keçirib

2024:01:17 - 10:46
in SİYASƏT
A A

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkiləri ilə əlaqədar fəaliyyətə başlayan qurumun “Seçki-2024” Müstəqil Media Mərkəzinə baxış keçirib.

“Report”un məlumatına görə, MSK sədri yaradılmış şəraitlə yaxından tanış olaraq yerli və beynəlxalq media nümayəndələrinin Prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb və bu barədə öz tövsiyələrini bildirib.

Qeyd olunub ki, Müstəqil Media Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir. Mərkəz seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, habelə məlumatları almaqda və dərhal ictimailəşdirməkdə onlara yardımçı olacaq. Media nümayəndələri müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdəki kompüterlər, telefon və faks aparatlarından, o cümlədən ödənişsiz internetdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Azərbaycan, ingilis və rus dillərində müntəzəm olaraq seçkilərə dair ən son məlumatları təqdim edir. Seçki prosesi ilə bağlı müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər yayılır.

Əvvəlki Yazı

MEDİA jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib

Növbəti Yazı

Bakıda xuliqanlıq zəminində odlu silahdan açılmış atəş nəticəsində qadın xəsarət alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.