May 15, 2025-11:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

2024:01:17 - 13:50
in SİYASƏT
A A

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar yanvarın 17-də ölkənin şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər başlayıb. Treninqlər aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və 6 gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 72 seçki məntəqəsindən 432 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil edilən təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov aparırlar.

Treninqlərin ilk günü keçirilən məşğələlərdə dairənin 12 seçki məntəqəsindən 72 nəfər komissiya üzvü iştirak edir. MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib.

Yanvarın 17-də 110 saylı Balakən seçki dairəsində də aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. Dairə seçki komissiyasının sədri Vahid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 4 gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 264 nəfər komissiya üzvü iştirak edəcək. Məşğələlər MSK tərəfindən təşkil olunan treninq kursunda iştirak etmiş Valeh Ocaqverdiyev və Rəcəb Ustayev tərəfindən aparılır.

Treninqlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də keçirilir.

Əvvəlki Yazı

Qaxda odlu silah-sursat aşkarlanıb

Növbəti Yazı

Badamdar və Bülbülə qəsəbələrində ətraf mühitin mühafizəsi tələbləri pozulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.