May 19, 2025-0:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Məktəb direktorlarından ibarət kuratorlarla növbəti görüş keçirilib

2024:01:17 - 14:32
in SOSİAL
A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kuratorlarla növbəti görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüş ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti, 2023-2024-cü tədris ilinin I yarımilliyinin yekunlarına və cari məsələlərə həsr olunub.

Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə bildirib ki, kurasiyaların yaradılmasında əsas məqsəd idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması və peşəkar inkişafın təmin olunmasıdır. Müdir müavini kurasiyaların ümumi fəaliyyəti, xüsusi halların tənzimlənməsi, zəruri təchizat məsələlərindən də bəhs edib.

Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, sosial şəbəkələrlə iş, Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov siniflərin komplektləşdirilməsi, birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklər və dislokasiya ilə bağlı geniş məlumat veriblər.

BŞTİ-nin Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev sənəd dövriyyəsi və vətəndaş məmnunluğunun təmin olunması, elektron sənədləşmə qaydalarından danışıb. Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə isə monitorinqlərin keçirilməsi, yarımillik hesabatların hazırlanması və məktəbdaxili qiymətləndirmənin, xüsusilə böyük summativ qiymətləndirmələrin təşkili və digər məsələlərə toxunub.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, 6-14 məktəb direktorundan ibarət olmaqla 28 kurasiya fəaliyyət göstərir.

Əvvəlki Yazı

Blinken: Tayvanla bağlı münaqişənin güc yolu ilə həlli dünyaya mənfi təsir göstərəcək

Növbəti Yazı

Almaniya xəbərdarlıq edib ki, Tramp yenidən seçilərsə, Ukrayna ilə bağlı Rusiya ilə müqavilə bağlaya bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.