Almaniya Silahlı Qüvvələri “Rheinmetall” şirkəti ilə Puma piyada döyüş maşınları üçün “yüz minlərlə 30 mm-lik sursat” almaq üçün müqavilə imzalayıb. Bu barədə istehsalçının yaydığı mesajda deyilir.
“Sifarişin dəyəri əlavə dəyər vergisi də daxil olmaqla 350 milyon avronu ötüb. Çatdırılma bu il başlayacaq və 2027-ci ilə qədər davam edəcək.”
2022-ci il fevralın sonunda Almaniya kansleri Olaf Şolz Bundesverin modernləşdirilməsi üçün 100 milyard avro məbləğində xüsusi fondun yaradılmasını elan edib.Yeni texnika, sursat və avadanlıqların alınması planlaşdırılır. Alman ekspertlərinin fikrincə, ölkə silahlı qüvvələrinin maddi-texniki bazasında ciddi təkmilləşdirməyə hələlik nail olunmayıb. Keçən il martın sonunda müdafiə naziri Boris Pistorius Bundesverin Avadanlıq, İnformasiya Texnologiyaları və Texniki Dəstək üzrə Federal İdarəsinin rəhbəri Qabriele Korbu əvəz etmək qərarına gəlib. O, silah və texnikanın alınmasının çox uzun sürməsinə görə tənqid edilib.
İyul ayında alman mediası Rheinmetall-ın Ukraynadakı münaqişədən böyük fayda əldə etdiyini və yaxın illərdə dövriyyənin ikirəqəmli artım gözlədiyini yazmışdı. Welt qəzetinin məlumatına görə, konserni 2022-ci ildə bir il əvvəlkindən 18% çox sifariş alıb. (Tass)