Serebral iflic xəstəliyindən əziyyət çəkənlərdən çox şikayətlər alıram.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bu xəstəlikdən əziyyət çəkənləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi reabilitasiyaya cəlb etməlidir:
“Amma həmin uşaqların valideynlərinin dediyinə görə, cəmi bir reabilitasiyanı onlar edir, sonra qəbul etmirlər, yer olmadığını deyirlər. Bu, çox ciddi problemdir və çox böyük xərc tələb edən prosesdir”.
Komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, bu problem barədə məlumatlıdır:
“Ümumi böyük mərkəz tikilməsi planlaşdırılır. Amma bu, çox ağır xəstəlikdir və bu mərkəz tikilənə qədər onların reabilitasiyaya cəlb edilməsi problemi həllini tapmalıdır”.