İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı şiə təşkilatı Hizbullahın hərbi hədəflərinə və raket mövqelərinə yeni cavab zərbələri endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İDF döyüşçüləri Livanın cənubundakı Ramya kəndi ərazisində Hizbullahın raket obyektlərinə, hərbi və terrorçu hədəflərə hücum edib”, – deyə məlumatda bildirilir. “Səhər saatlarında [Livanın cənubundakı] Hula və Kfarkela şəhərlərinin ərazisində İDF döyüş təyyarələri, minaatan sistemləri və tanklardan istifadə edərək “Hizbullah”ın müşahidə məntəqələrinə və terrorçuların hədəflərinə zərbələr endirib”.
“Hizbullahın davam edən terror fəaliyyətləri və İsrailə hücumları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulmasıdır. İsrail ordusu İsrailin sərhədlərini istənilən təhlükədən qorumağa davam edəcək”, – mətbuat xidməti vurğulayıb. (Tass)