Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsrail Fələstin Milli Administrasiyası ilə mübarizə aparmaq üçün Fələstinin radikal HƏMAS hərəkatına maliyyə dəstəyi verib.
“Həmas İsrail hökuməti tərəfindən [Fələstin Azadlıq Hərəkatı] Fəthin rəhbərlik etdiyi Fələstin Muxtariyyətini zəiflətmək cəhdi ilə maliyyələşdirilib”, – Reuters İspaniyanın Valyadolid Universitetində çıxış edən Borreldən sitat gətirib. Siyasətçi təklif olunan maliyyənin konkret nədən ibarət olduğunu açıqlamayıb.
Lakin Reuters-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu bu cür ittihamları rədd edib. (Tass)