ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu telefonla Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrail və Qəzzada baş verən son hadisələri müzakirə edib”, – deyə mətbuat xidməti qeyd edib. Ağ Ev tezliklə danışıqların təfərrüatlarını açıqlayacaq. (Tass)