Fələstin xalqına dəstək məqsədilə Əmmanın mərkəzində keçirilən nümayişdə minlərlə insan iştirak edib.
Ammon xəbər portalının verdiyi məlumata görə , cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri İsrailin Qəzza zolağında 105 günlük davam edən təcavüzünü pisləyib. Onlar Fələstin bayraqları və mülki əhalinin qətliamına son qoymağa çağıran pankartlarla Əmman küçələri ilə yürüş ediblər.
Mitinq iştirakçılarının qəbul etdiyi bəyannamədə deyilir: “Beynəlxalq ictimaiyyət işğalçı rejimə beynəlxalq hüquqa uyğun olmayan hərbi cinayətlərini dayandırmaq, azadlıq və müstəqillik uğrunda mübarizə aparan fələstinliləri qorumaq üçün təzyiq göstərməkdə həlledici rol oynamalıdır”. Hadisə Abad ər-Rəhman şəhər məscidinin yaxınlığında baş verib. Sənəddə “fələstinlilərin Qəzza zolağından zorla çıxarılmasının və anklavın İordan çayının qərb sahilindən təcrid edilməsinin yolverilməzliyi” vurğulanır. (Tass)