Avqust 20, 2025-19:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Şəkidə üzərində tapança gəzdirən keçmiş məhkum və silsilə oğurluqlar edən qardaşlar saxlanılıb

2024:01:21 - 10:00
in HADİSƏ
A A

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, həmin silaha məxsus 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Ekspertizanın rəyinə əsasən Ruslan Hacısəlimovdan götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-istintaq tədbirləri nəticəsində isə Şəki şəhəri ərazisində silsilə oğurluqlar edən qardaşlar, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuşlar – Əli və Məhəmməd İsaqovlar saxlanılıb. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorları oğurladıqları müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları dəmir məhəccərləri və akkumulyatorları satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri məlum olub.

Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır. Məhkəmənin də qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əvvəlki Yazı

Hindistan Myanma ilə sərhəddə hasarlar çəkəcək

Növbəti Yazı

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.