Avqust 21, 2025-13:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib

2024:01:21 - 14:03
in GÜNDƏM
A A
Bu barədə AzVision.az -a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib. Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib.

Nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Kolumbiyanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan zəmanətlər təqdim edilib, bu işdə diplomatik korpusumuz tərəfindən lazımi dəstək göstərilib. Kolumbiya tərəfi ekstradisiya sahəsində müqavilə-hüquq bazasının olmamasına baxmayaraq, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi yüksək nüfuzunu və qarşılıqlıq prinsipinə dönmədən riayət edilməsini nəzərə alaraq təslimetmə ilə bağlı müsbət qərar verib və Latın Amerikasından ilk dəfə ekstradisiya həyata keçirilib.

S.Şəkərli Kolumbiyadan birbaşa uçuş reysi olmadığından Türkiyə ilə razılığa gəlinərək qardaş ölkə vasitəsilə tranzit olaraq yanvarın 21-də nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Azərbaycana gətirilib və o, məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Əvvəlki Yazı

Ağsuda yaşadığı evdə avtomat gizlədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Növbəti Yazı

İcma: Ermənistan öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.