Qəzza zolağında həyata keçirilən hərbi əməliyyat nəticəsində İsrail öz demilitarizasiyasına nail olmaq və anklavda təhlükəsizliyə tam nəzarəti saxlamaq niyyətindədir, İordan çayının qərbindəki ərazilər də İsrailin nəzarəti altında qalmalıdır. Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu öz səlahiyyətləri altında ayrıca Fələstin dövlətinin yaradılmasının qarşısını alacağını vəd edərək deyib.
Baş nazir ofisinin yaydığı videomüraciətdə Fələstinin radikal HƏMAS hərəkatının bütün israilli girovların azad edilməsi müqabilində Qəzzada döyüşləri dayandırmaq və qoşunları geri çəkmək tələbini rədd edib. O, İsrailin hərbi əməliyyatını “tam qələbəyə” çatdırmaq niyyətində olduğunu vurğulayıb. “Ona görə də mən təkid edirəm: biz tam qələbə qazandıqdan sonra, HƏMAS-ı məhv etdikdən sonra Qəzzada terroru maliyyələşdirən, terroru öyrədən və ya terrorçu göndərən heç bir struktur olmayacaq”, – deyə baş nazir bildirib.
“Qəzza demilitarizasiya edilməli və İsrailin tam təhlükəsizlik nəzarəti altına alınmalıdır. Mən İordan çayının qərbindəki bütün bölgədə İsrailin tam təhlükəsizlik nəzarəti üzərində güzəştə getməyəcəyəm. İsrailin baş naziri kimi mən bu mövqeyi güclü daxili təzyiq və beynəlxalq təşkilatlar qarşısında qətiyyətlə müdafiə etmişəm”, – Netanyahu əlavə edib.
Baş nazir “uzun illər İsrail üçün ekzistensial təhlükə yarada biləcək Fələstin dövlətinin yaradılmasının qarşısının alınması” məsələsində onun təkidli olması fikrini ifadə edib. “Nə qədər ki, mən baş nazir olaraq qalıram, bu məsələdə qəti şəkildə israr etməyə davam edəcəyəm. Kiminsə fərqli mövqeyi varsa, liderlik nümayiş etdirməli və İsrail vətəndaşlarına açıq şəkildə mövqeyini bildirməlidir”, – Netanyahu yekunlaşdırıb. (Tass)