İsrail ordusu Qəzza zolağının cənubundakı ən böyük şəhər olan Xan Yunis ərazisində hərbi əməliyyatların miqyasını genişləndirməyi planlaşdırır. Bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“The Times of Israel” qəzetinin yazdığına görə, o, Qəzza zolağı üzərində hərbi helikopterlə uçduqdan sonra deyib: “Biz Xan Yunis bölgəsində intensiv əməliyyat keçiririk və bu, genişlənməyə davam edəcək”.
“Tanklardan, artilleriyadan və hava qüvvələrinə məxsus təyyarələrdən gələn tüstü buludları biz hədəflərimizə çatana qədər Qəzza zolağının səmasını gizlətməyə davam edəcək, bunlardan başlıcası [radikal Fələstin hərəkatı] HƏMAS-ın məğlubiyyəti və girovların geri qaytarılmasıdır” deyə nazir əlavə edib.