Avqust 24, 2025-12:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Energetika Nazirliyi enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edib

2024:01:22 - 11:07
in İQTİSADİYYAT
A A

Energetika Nazirliyi illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, həmçinin tikinti sahəsi ən azı 10 000 kvadratmetr və yaxud illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh şəxsin – enerji idarəçisinin təyin edilməsinin sürətləndirilməsi üçün təsərrüfat subyektinin rəhbəri və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə çağırış edir.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, enerji idarəçisinin təyin edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 279.0.3. maddəsinə əsasən fiziki şəxslərə 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslərə isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Enerji idarəçisinin təyin edilməsini Attestasiya Komissiyası həyata keçirir. Komissiyanı təsərrüfat subyektinin rəhbəri və yaxud qeyri-yaşayış binasının mülkiyyətçisi 5 nəfərdən ibarət olmaqla yaradır. Komissiyanın üzvlərindən biri nazirliyin nümayəndəsi olmalıdır.

Enerji idarəçisinin təyin edilməsi məqsədilə Attestasiya Komissiyasına nümayəndənin təqdim edilməsi üçün müraciətlər nazirliyin (012) 598-16-53/54/55 telefon nömrələri, həmçinin www.minenergy.gov.az internet səhifəsi və minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Xatırladaq ki, enerji idarəçilərinin təyin edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Enerji idarəçisinə dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” ilə tənzimlənir.

Əvvəlki Yazı

Fələstin Qızıl Aypara Cəmiyyəti Əl-Amal Xəstəxanası yaxınlığında İsrail tanklarının olduğunu bildirib

Növbəti Yazı

Azərbaycan Almaniyada təşkil ediləcək beynəlxalq turizm sərgisinə qatılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.