“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı irəli sürülən yeni təkliflərlə birgə müvafiq qurumlara göndəriləcək.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin yanvarın 22-də keçirilən iclasında deyib.
O bildirib ki, layihə ötən il komitə üzvlərinə paylanılmışdı: “Müzakirələrdən sonra komitə olaraq müvafiq icra hakimiyyətlərinə rəy və təkliflərin verilməsi üçün göndərilmişdi. Bundan sonra xeyli sayda təkliflər gəldi və hamısı nəzərə alınıb. Bununla yanaşı yenə də təkliflər daxil olub. Məsləhətləşib belə qərara gəlindi yeni təkliflər razılaşdırılması və rəy verilməsi üçün müvafiq qurumlara göndəriləcək. Hesab edirəm ki, artıq yaz sesisyasında təklif və rəyləri müzakirə edərək birinci oxunuşda müzakirəyə çıxara biləcəyik”.