Taliban hərəkatının hüquq-mühafizə orqanları yanvarın 14-də Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində baş vermiş terror aktında əli olmaqda şübhəli bilinən 14 nəfəri saxlayıb. Bu barədə yerli mənbələrə istinadən Hasht-e Subh qəzeti məlumat yayıb.
Onların məlumatına görə, həbs olunanların bəziləri Nimroz vilayətinin mərkəzi olan Zaranc şəhərindən olan sahibkarlardır. Taliban hərəkatı hələ ki, saxlanma faktını rəsmən açıqlamayıb.
Yanvarın 14-də Nimroz əyalətində intiharçı hücumu nəticəsində üç əfqan təhlükəsizlik əməkdaşı yaraıanıb. Taliban hökumətinin Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hücum edən şəxs əyalət administrasiyasının binasını partlatmaq niyyətində olub. (Tass)