Azərbaycan tərəfi Rusiya saytlarında Ermənistana sülh sazişi imzalamağa hazır olması barədə məlumat verməyib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Danışıqlar və təmaslar zamanı biz Bakıdan Rusiya platformalarında sülh sazişi imzalamağa hazır olduqlarına dair təminat eşitmədik. Əgər [Rusiya xarici işlər naziri] Sergey Lavrov Bakının hazır olduğunu iddia etsə, onun əsasları ola bilər, mən buna bənzər bir şey eşitməmişəm” – Mirzoyan bildirib.
Bundan əvvəl Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirmişdi. Eyni zamanda, o qeyd edib ki, Ermənistan paytaxtına müvafiq siqnallar göndərilsə də, İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır. (Tass)