Ermənistanın təhlükəsizlik arxitekturası öz səmərəsizliyini göstərdi, xüsusən 2020-ci il müharibəsindən sonra İrəvan problemlərini həll etmək üçün yeni müttəfiqlər axtarır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Yeni müttəfiqlər tapmaq üçün daim səy göstərmək lazımdır. Bu, 2020-ci il müharibəsindən və ondan sonrakı dövrdən bizə xüsusilə aydın idi. Biz müttəfiq mexanizmlərin işləmədiyi bir vəziyyət gördük, ona görə də bu şəraitdə təbiidir ki, bizim ölkə təhlükəsizlik problemlərini aradan qaldırmaq və ya ehtiyaclarını həll etmək üçün yeni müttəfiqlər tapmağa çalışmalıdır”. (Tass)