Avqust 21, 2025-4:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

AZƏRTAC ilə İordaniyanın Petra xəbər agentliyi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

2024:01:23 - 17:58
in SİYASƏT
A A

AZƏRTAC-ın və İordaniyanın Petra xəbər agentliyinin əlaqələrinin genişləndirilməsi iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın inkişafına böyük töhfə olacaq.

Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Ömər Bərəkət əl-Nahar arasında keçirilən görüşdə səsləndirilib.

Vüqar Əliyev qeyd edib ki, 50 xarici informasiya agentliyi ilə tərəfdaşlıq edən AZƏRTAC bir sıra beynəlxalq media təşkilatının üzvüdür. Agentliyin həm ikitərəfli formatda, həm də bu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrə önəm verdiyini deyən İdarə Heyətinin sədri Petra agentliyi ilə tərəfdaşlıq müqaviləsinin 2007-ci ildə imzalandığını, bununla belə əlaqələrin daha da inkişaf etdirilməsinin zamanın tələbi olduğunu bildirib. Bu kontekstdə o, informasiya mübadiləsinin aparılmasının feyk xəbərlərin qarşısının alınmasına və ölkələrimiz haqqında doğru məlumatların yayılmasına töhfə verə biləcəyini vurğulayıb.

Azərbaycanın və İordaniyanın müxtəlif istiqamətlərdə münasibətlərinin inkişaf etdiyini söyləyən Ömər Bərəkət əl-Nahar media sahəsində də iki ölkənin aparıcı xəbər agentliklərinin sıx tərəfdaşlığının önəmli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bunun sayəsində Azərbaycan haqqında İordaniyada, İordaniya haqqında Azərbaycanda məlumatlılığın artmasına təkan vermək mümkündür. Buna görə də Petra və AZƏRTAC agentliklərinin intensiv əməkdaşlığı ölkələr arasında da əlaqələrin inkişafına dəstək olar.

Görüşdə, həmçinin media sahəsində yeniliklər, müxtəlif növ kontent mübadiləsinin əhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, səfir AZƏRTAC-da yaradılan şəraitlə tanış olub.

Əvvəlki Yazı

QAİ Gənclər Şurasının sədr müavini Avropa Şurasının insan hüquqları üzrə komissarını ifşa edib

Növbəti Yazı

Filippin prezidenti iqtisadiyyatı gücləndirmək üçün konstitusiya dəyişikliklərinin tərəfdarıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.