ABŞ prezidenti Co Baydenin iki köməkçisi fevralın əvvəlində Ağ Evdəki vəzifələrini tərk edəcək və onun seçki qərargahında işə başlayacaq. Bu barədə çərşənbə axşamı Washington Post qəzeti yazıb.
Amerika liderinin baş müşaviri Mayk Donilon onun qərargahında baş siyasi strateq olacaq. Ağ Ev rəhbərinin müavini Cen O’Malley-Dillon Baydenin seçki kampaniyasının sədri vəzifəsini icra edəcək.
NBC televiziyasının mənbələrə istinadən verdiyi məlumata görə , bu cür kadr qərarlarına Amerikanın keçmiş lideri Donald Trampın Bayden komandasının gözlədiyindən daha tez respublikaçıları öz ətrafında toplaması səbəb olub.
Bu ayın əvvəlində Ağ Ev keçmiş dövlət katibi, indi Baydenin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerrinin yaxın aylarda vəzifəsini tərk edəcəyini açıqlamışdı. Axios portalının məlumatına görə , Kerri də Demokratlar Partiyasının seçki qərargahında işə başlayacaq. (Tass)