Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 7 müxtəlif markalı tüfəng və 195 müxtəlif çaplı patron təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 4 müxtəlif markalı tüfəng, 1 patron darağı və 21 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.