Sentyabr 12, 2025-19:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Baş Prokurorluq BMT-nin qurumu ilə birgə təlim təşkil edib

2024:01:24 - 15:47
in SİYASƏT
A A

Baş Prokurorluq və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) birgə təşkilatçılığı ilə Baş Prokurorluqda “İnsan alverinə qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlıq və əsas strateji tərəfdaşlarla mübadilə” mövzusunda təlim keçirilib.

“Report” xəbər verir ki, tədbirin açılış mərasimində Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizəyə və cinayət qurbanlarının reabilitasiyasına xüsusi önəm verilməsi, bu sahədə görülmüş işlər və qəbul edilmiş qanunvericilik və normativ aktlar, Milli Fəaliyyət planları, istintaq olunan cinayət işləri barədə iştirakçılara məlumat verib.

Sözügedən seminara hakimlər, prokurorluq, daxili işlər orqanlarında insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən əməkdaşlar və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin ekspertləri cəlb olunub.

Tədbir çərçivəsində BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və həmin Konvensiyaya əlavə “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolunun səmərəli həyata keçirilməsi üzrə potensialının artırılması, o cümlədən insan alveri cinayətlərinə qarşı mübarizənin daha da təkmilləşdirilməsi və cinayət işləri kontekstində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı təqdimatlarla çıxışlar edilib, mövzu ətrafında səmərəli müzakirələr aparılıb.

Əvvəlki Yazı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb – YENİLƏNİB

Növbəti Yazı

Filarmoniyada Xalq artisti Nəriman Məmmədovun əsərləri səsləndirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.