ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Vaşinqton tərəfindən müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Bu barədə TASS-ın müxbirinə komitənin mətbuat xidmətindən məlumat verilib.
“Bəli, qanun layihəsi qəbul olundu. 20 [qanunverici] lehinə, 1 nəfər əleyhinə səs verdi”, – deyə komitə nümayəndəsi qeyd edib.
Sənədin mətnində “Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən, habelə Rusiya Federasiyasının digər suveren aktivlərindən istifadə etməklə Ukraynaya əlavə yardımın göstərilməsi”ndən bəhs edilir. Eyni zamanda, “Birləşmiş Ştatların Rusiyanın suveren aktivlərini müsadirə etmək və köçürmək üçün hər hansı səyləri beynəlxalq müttəfiqlər və tərəfdaşlarla, o cümlədən G7 ölkələri, Avropa İttifaqı, Avstraliya və digər ölkələrlə əlaqələndirilmiş çoxtərəfli səylərin bir hissəsi kimi həyata keçirilməlidir. Qanun layihəsi indi tam Senat, sonra isə Nümayəndələr Palatası tərəfindən qəbul edilməlidir, bu halda o, imza üçün prezident Co Baydenə göndəriləcək. (Tass)