İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan “Artpak” MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub”, – deyə nazir qeyd edib.