Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirəcək. Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının bəyanatında deyilir.
“Regional və qlobal riskləri artıran Rusiya-Ukrayna müharibəsinin dərhal atəşkəs və davamlı sülhün bərqərar edilməsi yolu ilə dayandırılması zərurəti qeyd edilib. Türkiyənin Qara dənizdə sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini diqqətlə davam etdirəcəyi bildirilib. Onun yanaşmaları və praktikaları Montrö Konvensiyasının müddəalarına uyğun olaraq mövcud risklərin aradan qaldırılmasına yönəlmişdir”, – deyə məlumatda bildirilir. (Tass)